Qalina Şurayeva Gənc Tamaşaçılar Teatrında

Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb. Teatrdan "Olaylar" - a bildirilib ki, görüş zamanı iki teatr arasında davam edən yaradıcılıq münasibətlərinin gələcəkdə daha böyük layihələrlə davam etdiriləcəyi ətrafında məsələlər müzakirə edilib. Azərbaycan Kalmıkiya mədəni əməkdaşlığında teatrların rolu, qastrol səfərlərinin tamaşaçılar tərəfindən maraqla qarşılanmasının təqdirəlayiq hal olduğu vurğulanıb. Həmçinin Azərbaycan və Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin növbəti mövsümdə daha da genişləndirilərək maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin hər iki ölkə teatrları üçün əhəmiyyətindən danışılıb.

Teatrın direktoru Mübariz Həmidov, teatrın baş rejissoru Bəhram Osmanov Rusiya və Azərbaycan Teatrları arasındakı qarşılıqlı yaradıcılıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR