Onlar mükafatlandırılacaq

Avqustun 2 - si  Milli Kino Günü ilə əlaqədar olaraq  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bir qrup kino xadimlərinə uzun müddətli səmərəli fəaliyyətlərinə görə pul mükafatları təqdim edəcək. "Olaylar" İttifaqa istinadən bildirir ki, mükafatlar veteran və yubiliyar kino xadimlərinə təqdim olunacaq. Yubiliyarlara mükafat olaraq 450, veteranlara isə 200 manat məbləğində  mükafat ayrılıb. Mükafatçı yubiliyarlar: Xalq artisti Yalçın Heydər oğlu Əfəndiyev,  xalq rəssamı Rafiq Əliş oglu Nəsirov, Əməkdar İncəsənət xadimləri  Rəfail Əli oğlu Qəmbərov, Ənvər Abbasqulu oğlu Əbluç.

Mükafatçı veteranlar: Əməkdar İncəsənət xadimi Oqtay Ələkbərov oğlu Babazadə,  Əməkdar Mədəniyyət işçiləri Nəriman Səttar oğlu Şixəliyev, Şahin Zavid oğlu Qalabəyov, Lidiya İvanovna Şarkovkina, Miroslava İvanovna İsgəndərova, Pərviz Əsəd oğlu Quliyev, . Rəfiqə Maqsud qızı Budaqlı, Akif Zəbi oğlu Rüstəmov, Vladimir İvanoviç Dudniçenko və Natalya Borisovna Şneyerin adları qeyd olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR