Film Komissiyasının fəaliyyəti müzakirə olundu

Nizami Kino Mərkəzində Azərbaycan Film Komissiyası modelinin tətbiqi ilə bağlı tədbir keçirilib . "British Council Azərbaycan" 2015-ci ilin aprel ayından etibarən Avropa İttifaqının Mədəniyyət və Yaradıcılıq Proqramını reallaşdırır. Proqram çərçivəsində "British Council" Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi məqsədilə Film Komissiyası modelinin yaradılmasını nəzərdə tutan layihə həyata keçirir.

"British Council" təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt bildirib ki, proqramın məqsədi mədəniyyət və yaradıcılıq sektorlarının Azərbaycan və Şərq Tərəfdaşlığı proqramına daxil olan digər beş ölkədə humanitar, sosial və iqtisadi inkişafa davamlı töhfəsinin dəstəklənməsidir. "British Council" və onun tərəfdaşlarının həyata keçirdiyi proqram 2018-ci ilədək davam edəcək.

Azərbaycan Film Komissiyası modeli barədə məlumat verərkən qeyd edib ki, Film Komissiyasının məqsədi xarici çəkilişlərin Azərbaycana cəlb edilməsi, investisiyaların ölkəyə daxil olmasının asanlaşdırılması, xarici kinematoqrafçılarla yerli film ictimaiyyəti arasında təcrübə mübadiləsinin həvəsləndirilməsi və regional turizmin inkişafına dəstək verməkdir.  Komissiyanın yaradılmasına dair müvafiq icmalın işlənib hazırlanması Mədəniyyət və Turizm Nazirliyinin qanunvericilik işçi qrupunun üzvü, ekspert Fikrin Bəktaşiyə həvalə edilib. Bu məqsədlə Fikrin Bəktaşi Avropa İttifaqının üç ölkəsinə səfər edib, orada fəaliyyət göstərən Film komissiyaları və dövlət orqanları ilə görüşlər keçirib.

Daha sonra Film Komissiyasının layihəsi və konsepsiyası barədə məlumat verilib. Təqdimat planında film komissiyasının statusu və vəzifələri, Avropa İttifaqında film komissiyaları üçün hüquqi əsaslar, film komissiyasının strukturu, prosedur qaydaları, mövcud maliyyə güzəştləri, komissiyanın faydası və Azərbaycan Film Komissiyası modeli iştirakçılara təqdim olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR