“Davul səsi” mövsümə son qoydu

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı növbəti - 137-ci mövsümü geridə qoyub. Teatrdan "Olaylar" - a bildirilib ki,  mövsümə türk dramaturq Hidayət Sayın "Davul səsi" əsəri əsasında hazırlanmış tamaşanın premyerası ilə yekun vurulub. Tamaşa izləyicilər  tərəfindən maraqla qarşılanıb. Tamaşanın rejissoru Mirbala Səlimli, quruluşçu rəssam Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib.

Premyera-bağlanış həm də uğurlu ilklərlə yadda qalıb. Səhnədə ilk rolunu oynayan gənc aktrisa Fidan Lətifova baş rollardan birin də (Zeynəb) çıxış edib. Daha bir aktrisa Türkan Xəlilova da ilk dəfə səhnəyə çıxıb.  Bundan əlavə tamaşada baş  rolları Lalə Məmməd,  İqrar Salamov, Xanlar Həşimzadə canlandırıblar.

Premyeranın sonunda teatrın yaradıcı heyəti Şəki Şəhər İcra Hakimiyyətinin fəxri diplomuyla təltif edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR