İlham Əsədov “Belarusfilm”- ə dəvət alıb

Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov "Belarusfilm"dən dəvət alıb.  Teatrdan "Olaylar" - a bildirilib ki, aktyor kriminal janrda lentə alınacaq filmdə həbsxana nəzarətçisi obrazını yaradacaq. İlham Əsədovun  yaradıcı heyətlə bağladığı müqaviləyə əsasən film haqqında ətraflı məlumat verməsə də bildirib ki, filmin çəkilişlərinə avqustun 5-də  başlanılacaq.  Bədii filmin 2018-ci ilin may ayında ekranlara çıxarılması planlaşdırılır.

Qeyd edək ki, aktyot iki il bundan əvvəl filmlə bağlı elan edilən kastinq nəticəsində yaradıcı heyət tərəfindən bəyənilərək çəkiliş üçün dəvət alıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR