“Dünkirk” təqdim olunacaq

Rejisssor Kristofer Nolanın "Dünkirk" epik dramının çoxdandır gözlənilən premyerası ərəfəsində məlum olub ki, filmin böyük hissəsi IMAX® 2D kamerasının geniş formatlı lenti ilə çəkilib. Nolan filmi öz orijinal ssenarisinə əsasən çəkib və bu tarixi hadisəni böyük ekranda əks etdirmək və özünəməxsus təəssürat yaratmaq məqsədi ilə IMAX® kameralarının bütün imkan və üstünlüklərindən faydalanmaq qərarına gəlib.

Yalnız Azercell IMAX kinoteatrında film genişləndirilmiş 1.43:1 nisbətində təqdim olunacaq və bütün ekranı əhatə edərək izləyicilərə standart kinozallardan fərqli olaraq 40% daha çox görüntü izləmək imkanı yaradacaq.

"Dünkirk" filminin çəkiliş komandası izləyiciləri yeni yüksəkliklərə apara bilmək üçün "Spitfayr" təyyarələrinə IMAX® kamerasını quraşdırıblar. "Görüntünün unikal keyfiyyətinin dünyada analoqu yoxdur. Biz həqiqətən də çox çalışdıq və, necə deyərlər, eynəksiz virtual reallıq təəssüratını yaratdıq," - deyə filmin rejissoru Kristofer Nolan bildirib.

IMAX® formatında "Dünkirk" izləyicilərə demək olar ki, filmdəki hadisələrə qərq olmaq və İkinci Dünya Müharibəsi zamanı Dünkerk sahilində düşmənin tələsinə düşmüş 400 000 britaniyalı və müttəfiq qüvvələri xilas etmək üçün aparılan zamanla mübarizənin bir hissəsinə çevrilmək imkanı yaradır.

Filmi geniş formatda iyulun 20 - dən etibarən Azercell IMAX kinoteatrında izləmək mümkün olacaq.

Real hadisələrə əsaslanan  film Britaniya, Belgiya və Fransiya əsgərlərinin Dünkirk sahilində alman qoşunları ilə əhatəyə alındığı İkinci Dünya Müharibəsi tarixinə aid olan hərbi əməliyyatdan bəhs edir. Filmin ilk kadrlarında yüzlərlə Britaniya və müttəfiq qoşun əsgərlərinin düşmən qoşunu tərəfindən əhatəyə alındığını görürük. Əsgərlər arxdan dəniz qarşıdan isə düşmənin yaxınlaşdığını görərək tədirgin vəziyyətə düşür.

Filmin çəkilişləri Fransa, Niderland, Birləşmiş Krallıq və Los-Ancelesdə baş tutmuşdur. Filmdə çəkilmişlər: Kennet Brana, Killian Merfi, Fyon Vaythed, Mark Raylens və Tom Hardi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR