“Qara adam” gəlir

İyulun 14 - də HUMAN Teatrında Müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı növbəti  tamaşasını təqdim edəcək. Teatrdan "Olaylar" - a verilən məlumata görə "Anqleter 1925" psixoplastik vəhy, Sergey Aleksandroviç Yeseninin "Qara adam" poemasının motivləri əsasında hazırlanıb. Azərbaycanda ilk dəfə səhnələşdirilən əsərin müəllifi Şamil İbrahimov, plastik həll üzrə rejissor Pərviz Məmmədrzayevdir.

Qeyd edək ki, müstəqil "Human" teatrının bədii rəhbəri respublikanın əməkdar artisti Pərviz Məmmədrzayev , direktoru Şamil İbrahimovdur.

Təşkilati dəstək: "Axtarış Sənət Evi", Azərbaycan Dövlət Kukla teatrı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR