Ağarəfi Rəhimovun xatirəsi anılacaq

Mayın 21 - də özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Musiqili Teatrının aktyoru Ağarəfi Rəhimovun 65 yaşı tamam olur. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a  bildirib ki, bu münasibətlə teatrda mərhum aktyorun xatirəsi anılacaq. "Ağarəfi RəhimovAzərbaycan teatr sənətində məxsusi yeri, çəkisi olan aktyorlardan biri olub. Onun özünəməxsus ifa tərzini. Ağarəfi Rəhimov uzun müddət Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb, bir-birindən maraqlı obrazlara səhnə həyatı verib. Onun işıqlı xatirəsi qəlbimizdə daim yaşayacaq. ", - deyə Dövlət Musiqili Teatrının Truppa müdiri, əməkdar mədəniyyət işçisi Vidadi Həsənov bildirib.

Mərhum aktyor "Bankir adaxlı", "Bəydullanın möhtəşəm toyu", "Əlin cibində olsun", "92 dəqiqə gülüş", "Nəgməli könül", "10 min dollarlıq keyf" və s. tamaşalarda və "Üzeyir ömrü", "Birisigün, gecəyarısı...", "Evlənmək istəyirəm", "İşarəni dənizdən gözləyin", "Özgə ömür", "Gülüş sanatoriyası", "Qətl günü", "Şirbalanın məhəbbəti", "Yük", "Kənddən gələn var", "Yoxlama", "Papaq" və başqa filmlərdə bir-birindən maraqlı rollarda oynayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR