ƏSA Teatrında premyera – YUXUM

Ölkədə bir ilkə imza atan əsas heyəti əlilliyi olan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının növbəti tamaşasının premyerası baş tutacaq. Teatrdan "Olaylar" - a bildirilib ki, mayın 2 - də, saat  19:00-da ingilis dramaturq U. Şekspirin "Yay gecəsində yuxu" əsəri əsasında hazırlanmış "Yuxum" romantik komediyasının ilk nümayişini tamaşaçılara təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, rəssamı Ülviyyə Mikayılova, qrafik dizayner və musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailodur. Səhnə əsərində ümumilikdə 15 aktyor rol alıb. Tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) tamaşa salonunda nümayiş olunacaq.
Qeyd edək ki, "Yuxum" tamaşası Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə hazırlanıb. Rəsmi partnyorlar: British Council Azerbaijan, Teatr Xadimləri İttifaqı, Axtarış Sənət Evi.

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR