11 gün ərzində üç qastrol və bir festival

Gənc Tamaşaçılar Teatrı hazırda səfərə hazırlaşır. Teatrın mətbuat xidmətindən "Olaylar" - a bildirilib ki, 3 ayrı-ayrı xarici teatr rəhbərləri ilə imzalanmış qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq aprel ayının 19-dan 30-dək Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar və Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olacaq. Səfər çərçivəsində gənc yazar Pərvinin "Dəcəl keçi" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

Qastrol çərçivəsində ADGTT-nın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun Gürcüstan və Rusiya ASSİTEJ Milli Mərkəzlərinin rəhbərləri ilə görüşü də baş tutacaq. Qarşılıqlı səfərlərin şərtlərinə əsasən cari ilin may ayının 5-7 tarixlərində Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrı A.Axmatovanın "Сказка о золотом скакуне", 19-21 may tarixlərində isə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı L.Titova və A.Starotorjskiyin "Королевская корова" tamaşası ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olarcaqlar.

Aprel ayının 20-dən - 27-dək isə teatrın başqa bir qrup üzvü daha bir Beynəlxalq Teatr Festivalında iştirak edəcək. İvanov vilayəti rəhbərliyi, İvanov vilayətinin Mədəniyyət və Turizm Departamenti, A.N.Ostrovski adına Kineşma Dram Teatrının təşkilatçılığı ilə Rusiya Federasiyasının Kineşma (İvanov vilayəti) şəhərində keçiriləcək "Hərarətli ürək" klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun "Dəlinin qeydləri" tamaşası ilə ölkəmiz təmsil olunacaq.

Məlumat üçün bildirək ki, teatrın istedadlı aktyoru, Əməkdar Artist Şövqi Hüseynovun ifasındakı tamaşa artıq bir neçə beynəlxalq teatr festivalında uğurla iştirak edərək xüsusi diplom və mükafatlara layiq görülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR