Akademik Milli Dram Teatrında - “Kosanın qızı”


Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün "Kosanın qızı" tamaşasını təqdim edəcək. Teatrın mətbuat xidmətindən "Olaylar" - a verilən məlumata görə, Rəhman Əlizadənin "Keçəlin toyu" pyesinin motivləri əsasında, Anar Sadıqovun ssenariləşdirdiyi səhnə əsərinin rejissoru və musiqi tərtibatçısı Əlif Cahangirdi.
Tamaşanın rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadı.
Səhnə əsərində əməkdar artistlər Mirzə Ağabəyli və Əlvida Cəfərov (Dədə Qorqud), Mehriban Xanlarova (Küpəgirən), aktyorlar Rada Nəsibova (Bahar qızı), Ramin Şixəliyev və Vüsal Mustafayev (Keçəl), Cümşüd Zeynalov və Vüsal Məmmədov (Kosa), Rəşad Bəxtiyarov (Həkim) və Firuzə Balayeva (Keçi) çıxış edəcəklər.

Qeyd edək ki, tamaşa martın 17-dən etibarən saat 11:00, 13:00, 15:00 və 17:00-da təqdim olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR