Bayram günləri Gənc Tamaşaçılar Teatrında

Bayram günlərində  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına maraqlı səhnə əsəri, balaca tamaşaçılar üçün  isə əsl bayram əhval ruhiyyəsi  hiss olunacaq.

Teatrdan "Olaylar" - a bildirilib ki, bayram günlərində teatrda A.Şaiqin "Tıq-tıq xanım", Xalq nağılı "Qoğalın sərgüzəştləri", A.Lindqrenin "Uzuncorab Pippi" və "Balaca və damda yaşayan Karlson", H.X.Andersenin "Çirkin ördək balası", X.Əlibəylinin "Aycan", A.Tolstoyun "Buratinonun macəraları" tamaşaları göstəriləcək. Tamaşalardan öncə  Novruzun əsas personajları - Kosa və Keçəl tamaşaçılarımızı Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq.

Tamaşalar mart ayının 18-dən - 25-dək saat 12.00, 14.00 və 16.00-da nümayiş olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR