ADMİU-nun “Sabah” qrupu tələbəsinin uğuru

SABAH Karyera Akademiyasının rəsmi tərəfdaşı olan Azər Türk Bankın təşəbbüsü ilə həyata keçirilən layihədə 5 fərqli universitetin "Sabah" qrupları III kursunda təhsil alan və tədrisdə yüksək nəticələr əldə edən 10 tələbənin bir illik təhsil haqqı ödəniləcək. Tələbələr sırasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin tələbəsi Masər Fuad oğlu Həsənov da yer alır.

Qeyd edək ki, Masər Həsənov Xalq artisti Eldar Quliyevin istedadlı tələbəsidir. O, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə görkəmli kinorejissor, xalq artisti, Dövlət mükafatları laureatı Rasim Ocaqov adına təqaüdə layiq görülüb. ADMİU-da keçirilən "İlin tələbəsi" layihəsi çərçivəsində "İlin rejissoru" və "Ən yaxşı film", "Bakı Oscar" qısametrajlı film festivalında "Ən yaxşı ssenari", "Bakı Oscar -2" festivalında "Everest - ilk addım" adlı sənədli filmi ilə "Ən yaxşı sənədli film" nominasiyalarına layiq görülüb, müxtəlif diplom və sertifikatlar ilə təltif olunub. Müxtəlif ustad dərslərinin, eləcə də görkəmli Amerika rejissoru, sənədli filmlər üzrə tanınmış mütəxəssis Lisa Leemanın ustad dərslərinin iştirakçısıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR