“ Ər quyusu” təqdim olundu

Bu gün Nizami Kino  Mərkəində "Ər quyusu" filminin qala  gecəsi oldu. Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadı. Filmdə  90-cı illərin həyat tərzi və münasibətlərinin qabardılır, əsas motiv kimi qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib. Yaradıcı heyət 6 qızı olan və sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın,  qızlarının ərə getməməsinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atanın və bütün bunların fonunda "evdəqalmış" damğası alan qızların dramını sarkazmla ekrana köçürüb. Tamaşaçı filmdə həm yaxın keçmişə səyahət edəcəklər.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Səidə Haqverdiyeva "Olaylar" - a verdiyi açıqlamasında bildirdi ki, " Komersiya məqsədi ilə çəkilməyən film  yaxın günlərdə Tehranda keçiriləcək festivalda ölkəmizi təmsil edəcək. Film çox az büdcə ilə ərsəyə gəlib və aktyorların heç biri filmdə qonarar əldə etməyiblər. Onlar sadəcə mənim ideyamı dəstəklədilər və mənə bu filmin ərsəyə gəlməsində mənə kömək etdilər".- deyə, vurğuladı.

Çəkilişləri 5 gün davam edən filmin  xronometrajı 95 dəqiqədi. Filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR