"Həddən artıq uyğunluq" YARAT Film Klubunda

Ötən gün  YARAT Müasir İncəsənət Mərkəzində Ülviyyə Könülün "Həddən artıq uyğunluq" tammetrajlı bədii filminin nümayişi keçirilib. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayişdə filmin yaradıcı heyəti iştirak edib.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.

Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mardan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdu.

Romantik komediya janrında çəkilən filmdə baş rolları Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundzadə, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırırlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR