Rauldan maraqlı "Barselona" etirafı...
22 May 2013 20:47 İdmanVaxtı ilə futbolçu koryerasının 16 ilini Madrid "Real"ına həsr edən, hazırda isə Qətərin "Al Sadd" klubunda forma geyən 35 yaşlı Raul Gonzales maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, kral klubunda forma geydiyi müddətdə 245 dəfə rəqib qapılarına yol taparaq kral klubunun əfsanəsinə çevrilən ulduz futbolçu, "Real"dan öncə "Barselona"nın ona transfer təklifi ilə müraciət etdiyini etiraf edib: "O zaman "Barselona"nın menecerləri iki dəfə mənə transfer təklifi etdilər. Amma Madrid mənim doğulub boya-başa çatdığım şəhər olduğu üçün "Real"ı seçdim. "Barselona"dan başqa "Yuventus" da mənə olduqca sərfəli transfer təklifi etmişdi. Amma mən "Real"ı atıb gedə bilməzdim"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31