Roberto Karlos Türkiyəyə gedəcəyini açıqladı!

Braziliyalı futbol ulduzu Roberto Karlos, bundan sonra ilk məşqçilik koryerasına qardaş Türkiyədə başlayacaq. Siasport.az saytı xəbər verir ki, vaxtı ilə İstanbulun "Fənərbaxça" futbol klubunda çıxış edən, amma hazırda Mahaçqalanın "Anji" futbol klubunda idman direktoru olan braziliyalı futbol ulduzu, öz şəxsi twitter səhifəsində "Sivasspor"la razılığa gəldiyini təsdiqləyən yazı yayımlayıb. Braziliyalı qeyd edib ki, uzun zamandır ki, Türkiyə təmsilçisi ilə danışıqlar aparıb və artıq onun bu komandanın sükanı arxasına keçməsi üçün yalnız müqaviləyə imza atması qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31