Klopp: "Biz supermarket deyilik"
22 May 2013 12:02 İdman"Bavariya" uzun illər boyunca müvəffəqiyyətli olmaq istəyir. "Barselona" kimi". Apasport.az saytının məlumatına görə, bu sözləri Dortmund "Borussiya"sının baş məşqçisi Yurgen Klopp deyib.
Almaniyalı çalışdırıcı "Bavariya"nın transfer siyasətini şərh edib: "Əgər sizdə pul varsa, bu mümkündür. Hərçənd, onsuz da 100 faiz zəmanət yoxdur. Biz supermarket deyilik, amma onlar bizim oyunçularımızı alırlar. Bilirlər ki, bizdə onlara ödəməyə çox pul yoxdur. "Bavariya" "Ceyms Bond" filmindəki caniyə oxşayır".
Qeyd edək ki, "Bavariya" artıq Dortmund klubunun yarımmüdafiəçi Mario Qötseni transfer edib və hücumçusu Robert Levandovskini isə əldə etməyə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31