Ueyn Runinin ikinci dəfə ata olub

İngiltərə yığmasının və "Mançester Yunayted" klubunun oyunçusu Ueyn Runi ikinci dəfə ata olub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, "Şrek" ləqəbi ilə tanınan futbolçunun bu gün səhər saatlarında oğlu dünyaya gəlib.
Bu, Runinin ikinci oğludur. Onun böyük oğlu Kayın 3 yaşı var.
Sevincini özünün "twitter" səhifəsində bölüşən futbolçu bunları yazıb: "Bizim oğlumuz Entoni Runi bu gün səhər saatlarında doğulub. Biz çox xoşbəxtik".
Xatırladaq ki, Runi "Vest Bromviç" klubu ilə oyunu hamilə olan həyat yoldaşına görə buraxmalı olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31