Vətəndaş nikahı, yoxsa ikiarvadlılığın özəl sirləri
23 Sentyabr 2014 14:02 SosialAzərbaycan Respublikası dünyəvi dövlət olduğundan qanunvericiliyimiz yalnız dövlət orqanları tərəfindən rəsmi qeydiyyata alınmış nikahı tanıyır. Amma o da faktdır ki, cəmiyyətdə vətəndaş nikahı ilə yaşayan çoxli sayda insanlar var və bu tendensiyanın getdikcə artması müşahidə olunur. Daha doğrusu Qərb ölkələrində olduğu kimi azərbaycanlılar arasında da qeyri-ənənəvi ailə institutlarına meyllərin artması prosesi baş verir. İndi heç kim ölkəmizdə vətəndaş nikahı ilə, dini kəbinlə yaşama, ikiavadlılıq, nikahdankənar uşaq doğumu hallarının mövcudluğunu inkar edə bilməz. Cəmiyyətimiz bunu qəbul eləməsə də, belə qeyri-ənənəvi ailələrin olmasına dair kifayət qədər faktlar var və bu tərzlə yaşayanların bir çoxu onu açıqlamaqdan belə çəkinmirlər. Bəs, bunun Azərbaycanın ailə modelinə təsiri nədən ibarət ola bilər, artıq əsrlərdən bəri formalaşmış ailə institunun dağılmasına səbəb ola bilərmi? Bu kimi təhlükələr nəzərə alınaraq Azərbaycanda Ailə Məcəlləsinə vətəndaş nikahı ilə bağlı maddənin əlavə olunması təklif edilib. Belə bir təkliflə Milli Məclisin Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında deputat Fəzail Ağamalı çıxış edib. Millət vəkili bildirib ki, vətəndaş nikahının olması bir faktdır və cəmiyyətdə buna qadağa qoymaq olmaz. F.Ağamalının sözlərinə görə, vətəndaş nikahı ilə uşaq dünyaya gətirən ata və ana məsuliyyət daşımalıdır: "Biz bu məsələni gündəmə gətirməliyik".
Vətəndaş nikahı nədir?
Məlumat üçün qeyd edək ki, vətəndaş nikahı iki şəxsin heç bir dovlət və yaxud qeyri-dövlət orqanı ilə münasibət yaratmadan qurduqları könüllü ittifaqıdır. Vətəndaş nikahı ənənəvi nikahdan bir sıra məqamlarına görə fərqlidir. Belə ki, onun ənənəvi nikahdan başlıca fərqi ondan ibarətdir ki, bu izdivac sənədlər üzərində deyil, faktiki xarakter daşıyır. Yəni vətəndaş nikahında yaşamağa başlayan insanlar heç bir sənədləşmə prosedurlarından keçmədən birgə yaşamaq barədə qərar verirlər. Onu da xatırladaq ki, Azərbaycanda mövcud olan vətəndaş nikahı xarici ölkələrdəkindən öz spesifikliyi ilə fərqlənir. Daha dəqiq, bizdə vətəndaş nikahları rəsmi dövlət orqanları tərəfindən tanınmasa da dini kəbunlə təsdiq olunur. Avropada isə hesab olunur ki, ortada istək, həyatı müəyyən müddət ərzində paylaşmaq istəyi varsa bu zaman heç bir rəsmi sənədə ehtiyac yoxdur. Bu hal adətən hər iki tərəfi, qadını da, kişini də evlilik kimi rəsmi mərhələdən, bu mərhələnin yaratdığı gərginlik və məsuliyyət hissindən azad edir. Bakıda gənclər arasında vətəndaş nikahı ilə bağlı keçirilən sorğunun nəticəsində bəlli olub ki, gənclər arasında vətəndaş nikahına pozitiv münasibət göstərənlərin sayı kifayət qədərdir. Vətəndaş nikahı ilə yaşam tərzinin tərəfdarlarının fikrincə, bu cür nikah onların daha müstəqil yaşamağa meylinin artmasından irəli gəlir. Bəziləri isə vətəndaş nikahına meylin yaranmasını Azərbaycanın Qərbə inteqrasiyası ilə əlaqələndirirlər. Ekspertlər hesab edirlər ki, son illər kişi və qadınların vətəndaş nikahına meyl etməsi onların məsuliyyətdən qaçmalarından irəli gəlir. Yəni cütlərdən hansısa biri istədiyi məqamda ailə məsuliyyətindən yayınmaq üçün rəsmi nikaha girmək istəmir. Vətəndaş nikahı ilə yaşayanların özləri isə bu fikrlə razılaşmıq istəmirlər. Onlar iddia edirlər ki, guya, kişi və qadın bir-birini təmiz məhəbbətlə sevirlərsə, arada qarşılıqlı hörmət varsa, rəsmi nikahın, dini kəbinin bağlanıb-bağlanmamasının elə bir əhəmiyyəti yoxdur. Guya, rəsmi nikah kişi və qadını çərçivəyə salır. Onlar özlərini Qərbdə olduğu kimi azad cəmiyyətin nümayəndələri hesab edirlər. Məsələ orasındadır ki, bizdə vətəndaş nikahının mahiyyəti səhv başa düşürlər. Çünki vətəndaş nikahına yalnız hər iki tərəf azad olduğu halda daxil ola bilərlər. Amma ölkəmizdə bir qadınla evli olduğunu deyən kişi, digəri ilə yalnız vətəndaş nikahında olduğunu deyib özünə haqq qazandırmağa çalışır. Milli qanunvericiliyimiz ikiarvadlılığa yol vermədiyindən maddi imkanı geniş olan bəzi kişilərin ayrı-ayrılıqda qeyri-rəsmi şəkildə iki, bəlkə də daha çox arvad saxladığı heç kimə sirr deyil. Vətəndaş nikahında yaşayanların sırasında iş adamları, biznesmenlər, nazirlər, deputatların olmadığını heç kim inkar etmir. Həmin qadınlara ev də alınır, maşın da, qızıl-zinət əşyaları da, dolanışıqları da ki yüksək səviyyədə. Amma nədənsə həmin qadınlar belə kişiləri ər deyil, sevgili adlandırılar.
Vətəndaş nikahları hansı problemlər yaradır?
Psixoloq Ramil Nəcəfli hesab edir ki, Azərbaycanlılar ucun vətəndaş nikahında yaşamaq asan və mümkün olan bir hal olsa da bu bizim psixologiyaya ziddir və bunun yayılması yolverilmezdir. Ümumiyyətlə desək, əslində vətəndaş nikahı hər iki cinsin bir birini yaxından tanıması baxımından çox yaxşıdır. Lakin gəlin bir məqama diqqət edək: "Evlilikdən əvvəl hər iki tərəf bir -birini yaxşı tərəfdən göstərir. Öz eyiblərini, əsl simasını gizlədir. Oğlanın və ya qızın necə bir insan olması evləndikdən sonra üzə çıxır. Bu baxımdan nigahdan əvvəl bir müddət bir yerdə yaşayıb bir birini tanıyıb sonra evlənmək çox yaxşı olardı. Rusiyada, Avropada, Amerikada və digər qitələrdə belə edirlər. Hətta evlənəndə qız bakirə olanda bir çox oglanlar xaricdə pərt olurlar ki, bu qızı deyəsen məndən əvvəl sevən olmayıb? Mən onun ilkiyəm. Mən onun ilkiyəmsə deməli bu qız sevimli deyil. Onlar görürsüz necə düşünür? Ancaq gəlin görək bizdə də belədirmi? Əlbəttə ki yox. Tarix boyu qızın bakirəliyi bizdə vacib əhəmiyyət daşıyıb. Kim qarantiya verir ki, vətəndaş nikahında bir oğlan hansısa təmiz namuslu bir qızla bir müddət yaşayandan sonra onunla 100 faiz evlənəcək? Qəribə bir mentalitetə sahibik. Azərbaycanlı kişilərin bir çoxu bir necə qızla yaşamaq istəyir vətəndaş nikahıyla. Onları yoldan çıxarmağa hazırıq. Lakin evlənəndə bakirə qız axtarırırq. Qadınların, qızların taleyi bu baxımdan naməlum qalır. Yaxud əksinə, Avropada gənc qadınlar evlənənə qədər bir çox oğlanla gəzir, yaşayır. Lakin rəsmən evləndikdən sonra ərinə sədaqətli qalır. Əvvəlkilərlə əlaqəni kəsir". Vətəndaşlar arasında apardığımız sorğunun nəticəsi isə maraqlı bir sualın meydana çıxmasına səbəb oldu: "Əgər vətəndaş nikahı ilə yaşamaqda başqa niyyət yoxdursa, onda nə səbəbdən onun rəsmiləşdirilməsi təmin olunmur?"
Alim