Orta məktəblərdə qış tətili günlərinin vaxtı açıqlandı

Təhsil Nazirliyi beş və altı günlük orta məktəblərdə qış tətili günlərinin vaxtını açıqlayıb. Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 11.12.2013-cü il tarixli 339 nömrəli qərarına uyğun olaraq, ümumtəhsil məktəblərinin iş və tətil günləri müəyyənləşdirilib.
Belə ki, beş günlük iş həftəsi ilə işləyən məktəblərdə qış tətili dekabrın 29-dan yanvarın 6-na qədərdir. Həmin məktəblərdə I yarımilin son dərs günü dekabrın 28-i, II yarımilin ilk dərs günü yanvarın 7-sidir.

Altı günlük iş həftəsi ilə işləyən məktəblərdə dekabrın 30-dan yanvarın 6-na qədər qış tətilidir.

Həmin məktəblərdə I yarımilin son dərs günü dekabrın 29-na, II yarımilin ilk dərs günü isə yanvarın 7-nə təsadüf edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

DİGƏR XƏBƏRLƏR