“Nizami və zərdüştilik” kitabı nəşr olunub

"Elm və təhsil" nəşriyyatında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı İbrahim Quliyevin "Nizami və zərdüştilik" kitabı çapdan çıxıb.
Kitabda Nizaminin təsəvvüfə münasibəti, şairin yaradıcılığında zərdüştilik izləri yeni qaynaqlar əsasında tədqiq edilib.
Nəşrin elmi redaktoru AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevadır. ("OLAYLAR"İA)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR