Azərbaycanda ilk dəfə olaraq Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

28-29 aprel tarixlərində Bakıda 30-a yaxın Türkiyə universitetinin iştirakı ilə ölkəmizdə ilk dəfə xüsusiləşmiş təhsil sərgisi təşkil olunacaq. Tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək. Bundan əlavə, türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək. Qeyd edək ki, sərgidə Anadolu Universiteti, Bahçeşehir Universiteti, Boğaziçi Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ) və digər ali təhsil ocaqları təmsil olunacaq.  Sərgi 28-29 aprel tarixlərində saat 12:00 -18:00 arası baş tutacaq. Qeyd edək ki, sərgi "Akademi group" şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə Azərbaycanın Təhsil Nazirliyi nümayəndələrinin, Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR