BDU fotoşəkil müsabiqəsi keçirir

BDU fotoşəkil müsabiqəsi keçirir

Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə "BDU fotolarda" adlı fotoşəkil müsabiqəsi elan edir. Təhsil ocağının Mətbuat və informasiya şöbəsindən "OLAYLAR"-a bildirilib ki, müsabiqənin şərtlərinə əsasən fotolar universiteti əks etdirməli, orijinal və məzmunlu, aydın və keyfiyyətli olmalıdır. İştirakçılar müsabiqəyə ən çox 3 foto göndərə bilərlər. İnternetdə, saytlarda, həmçinin kitablarda  istifadə edilmiş fotolar müsabiqədə iştirak etməyəcək.

Fotolar 2019-cu ilin sentyabrın 30-na kimi [email protected] ünvanına "mövzu" yerinə "foto-müsabiqəyə" qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillərə baxılmayacaq.

Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutanlara mükafatlar və diplomlar,  fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunacaq, ən yaxşı şəkillər müxtəlif sərgilərdə və kitablarda təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31