Bütün dünyada sağlam məhsul kimi tanınan toxum

Çia toxumları bütün dünyada çox böyük populyarlıq qazanıb və "superfud" (super-məhsul) sayılır. Çia Amerikada bitən bir bitkinin toxumlarıdır. Çianın faydaları tibdə də təsdiq olunub. Onun kimyəvi tərkibi olduqca zəngindir. Belə ki, çiada kalsium süddən daha çoxdur, Omeqa-3 və antioksidant maddələrə görə isə qoz və fındıqdan daha zəngin sayılır.

Bu toxumların xüsusi dadı və ya qoxusu yoxdur və onları istənilən salatlara, hazır yeməklərə əlavə etmək olar. Olaylar.az Medicina.az-a istinadən çianın fayadaları ilə sizi tanış edək:

1. Arıqlamağa yardım edir: Böyük Britaniya alimləri sübut ediblər ki, çia toxumları metabolizmi, kalorilərin yandırılması və piylərin parçalanması proseslərini sürətləndirir.

2. Xolesterini aşağı salır: Omeqa-3 yağlı turşularla zəngin olan çia toxumları xolesterinin səviyyəsini aşağı salaraq ürək-damar xəstəliklərinin, infarkt və insultun riskini azaldır.

3. Şəkərin səviyyəsini azaldır.

4. Qəbizlik zamanı faydalıdır: Bağırsaqların hərəkətliliyini artıraraq qəbizliklə mübarizə etməyə kömək edir.

5. Sümikləri möhkəmlədir: Kalsiumla zəngin olan çia toxumları sümüklər üçün ən faydalı məhsullardan biri sayılır.

6. İnsana gümrahlıq bəxş edir: Qədim mənbələrə əsasən, hələ qədim astek sülalələri çia toxumlarından əsgərlərin dözümlülüyü və fəallığını artırmaq üçün istifadə edirdilər.  

7. Süd vəzi xərçənginə qarşı mübarizədə istifadə edilir: Alfa-linol turşusu ilə zəngin olan çia toxumaları süd vəzi xərçənginin riskini azaldır və həmçinin süd vəzi xərçənginin inkişafını ləngidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR