İordaniyalılar Mərkəzi Elmi Kitabxananı ziyarət ediblər

İordaniya parlamentinin üzvləri, hüquq üzrə mütəxəssis və tədiqatçılardan ibarət

nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər.

Qonaqlar kitabxananın Sərgi salonunda "Heydər Əliyev - 95", "Azərbaycan Xalq

Cümhuriyyəti - 100", "İlham Əliyev", "Xocalı soyqırımı", "31 Mart soyqırımı" mövzusunda

nümayiş etdirilən sərgilərlə, son həftə ərzində kitabxanaya yeni daxil olmuş mənbələrlə tanış

olublar. Ziyarətçilər Akademiklər zalında yerləşən Diplomatik fondda İordaniya səfirliyinin

güşəsi, Nadir kitab fondu və Şərq ədəbiyyatı fondunun fəaliyyəti ilə də yaxından maraqlanıblar.

Həmçinin MEK-də mühafizə edilən ərəb və fars dillərdə olan hüquqi sənədlər barədə fikir

mübadiləsi aparıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR