Bakıda quldurluq edən şəxs saxlanıb

Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami RPİ 24-cü PŞ-yə müraciət edən Bakı şəhər sakini T.Tanrıverdiyev iyulun 10-da saat 1 radələrində naməlum şəxsin onu bıçaqla hədələyərək pul verməsini tələb etməsini, istədiyinə nail olmadıqda ona əlindən bıçaqla xəsarət yetirib hadisə yerini tərk etdiyini bildirmişdir.24-cü PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Nuriyev saxlanılmışdır.Araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR