Ədliyyə Akademiyasında kibercinayətkarlıqla mübarizəyə dair video-konfrans keçirilib

"Ədliyyə Akademiyası ilə Ukrayna Hakimlərinin Milli Məktəbi arasında əməkdaşlıq haqqında" Memorandumun implementasiyası çərçivəsində Akademiyada "Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyası" mövzusunda video-konfrans vasitəsilə təlim keçirilib. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, hakimlərin, prokurorların və Akademiyanın əməkdaşlarının iştirak etdiyi tədbirdə Ali Məhkəmənin hakimi, Məhkəmə-Hüquq Şurası Tədris Sektorunun rəhbəri İlqar Xələfov və Ukrayna Hakimləri Milli Məktəbinin prorektoru Anatoliy Kostenko açılış nitqi ilə çıxış edib, səmərəli əməkdaşlıqda keçirilən distant təlimin yaxşı təcrübələrin öyrənilməsinin, video-konfranslar vasitəsilə daha çevik təlim metodunun tətbiqinin əhəmiyyətini qeyd edib, müasir dövrdə kibercinayətkarlıqla mübarizə üzrə ikitərəfli və regional əməkdaşlığa dair məsələlərin aktuallığını vurğulayıblar.

Video-konfransda Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Hüquq fakültəsinin Ədalət mühakiməsi kafedrasının dosenti, Ukrayna Hakimləri Milli Məktəbinin elmi işçisi, hüquq elmləri namizədi Nataliya Ahtırskayanın "Kibercinayətkarlıq haqqında Budapeşt konvensiyasının Ukraynada implementasiyası (tətbiqi)" və Məktəbin şöbə müdiri, hüquq elmləri namizədi Aleksandr İşenkonun "Kibercinayətkarlıq haqqında Budapeşt konvensiyasının tətbiqi mexanizmləri: məhkəməyə qədər təhqiqat və məhkəmə təcrübəsi" mövzularında mühazirələri dinlənilib, maraqlı diskussiyalar keçirilərək fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirilib.Tədbir iştirakçıları bu cür müasir və aktual mövzulara dair distant təlimlərin təşkilinin onların bilik və bacarıqlarının artırılmasında səmərəsini qeyd ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR