AİB sədri xəbərdarlıq edir: "Qaçaqmal yolu ilə gətirilən göz linzaları təhlükəlidir"

"Hazırda göz əməliyyatlarında istifadə olunan göz protezlərinin-linzaların qaçaqmal yolu ilə gətirilən partiyalarından bəzi göz klinikalarında geniş istifadə olunur". "olaylar" xəbər verir ki, bunu deyən AİB-nin sədri Eyyub Hüseynov bildirib ki, bir çox şirkətlərin istehsal etdiyi, xüsusən "Alcon" şirkətinin "Acry sof" göz protezləri Türkiyədən qeyri-qanuni yollarla ölkəmizə gətirilir. Məlumatların təhlili göstərir ki, bu mallar heç bir gömrük sənədləşdirilməsi aparılmadan, sertifikatlaşdırılmadan, Səhiyyə Nazirliyinin idxal icazəsi olmadan bazara daxil olur: "Bu mallar standartların tələbinə cavab verməyən bir şəraitdə saxlanır, daşınır, şübhəsiz ki, dövlətimizin mövcud qanunvericiliyini pozmaqla bərabər, qaçaqmalçılarla əlbir olan həkimlərin sayəsində istehlakçıların sağlamlığını da risk altında qoyur. Bu linzaların bir hissəsi Türkiyədə tibbi sığorta xidmətindən sui-istifadə edən şəxslərin dəstəyi ilə ölkəmizə qutusuz, yəni acılmış şəkildə daşınır. Qutuya qablaşdırılmış qaçaqmal linzalar Türkiyə üçün nəzərdə tutulduğundan, orjinal markalanmanın üstünə türk dilində stiker yapışdırılır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR