“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları İlahiyyat İnstitutunu ziyarət ediblər

"İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov qonaqları salamlayaraq, onları ali tədris müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. İnstitut rəhbəri ümummilli lider Heydər Əliyevin ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlər haqqında məlumat verib.

Ali təhsil müəssisəsi haqqında məlumat verən rektor vurğulayıb ki, İnstitutda təhsil tam ödənişsizdir. Belə ki, Aİİ-də təhsilalanlar dərslik, yemək, geyim, yataqxana xərcləri ilə təmin olunurlar.

C.Məmmədov bildirib ki, İnstitutda bütün dinlərin tarixi, inanc və ibadət sistemi tədris olunur. Eyni zamanda, ingilis və ərəb dilləri müasir metodlar əsasında - 4 dil bacarığının (oxuma, dinləmə, danışma, yazma) inkişafı istiqamətində tədris edilir.

Simpozium iştirakçıları səmimi qarşılanmaya görə, Aİİ rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Həmçinin Azərbaycanda mövcud tolerant mühitin canlı şahidi olduqlarını qeyd ediblər. Vurğulanıb ki, Azərbaycanda mövcud dini tolerantlıq və mədəniyyətlərarası dialoq mühiti istiqamətində həyata keçirilən ardıcıl siyasətin hazırda bütün dünyada örnək kimi qəbul edilməsi təsadüfi deyil. Azərbaycan İlahiyyat İnstitutunun açılmasını, həmçinin burada bütün dinlərin tədris olunmasını yüksək qiymətləndiriblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR