BNA-dan yeni layihə

Bakı Nəqliyyat Agentliyinin "Yol həyatdır" proqramı çərçivəsində həyata keçirilən "Nəqliyyat Agentləri" könüllülük proqramının könüllüləri üçün təqdimat keçirilib. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, Könüllülər Agentliyinin fəaliyyəti ilə daha yaxından tanış olaraq indiyədək keçirilən və gələcəkdə planlaşdırılan layihələr haqqında məlumat alıblar. Həmçinin, yol təhlükəsizliyi, ictimai nəqliyyatda davranış qaydaları istiqamətində həyata keçirilən sosial maarifləndirmə layihələri çərçivəsində hazırlanan videoçarxlar və posterlərlə tanış olublar. Paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün görülən işlər barədə məlumat verilib.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin könüllülərin dövlət təşkilatlarına cəlb olunması haqqında tövsiyəsinə əsaslanaraq, ASAN modeli təcrübəsinə uyğun könüllülük proqramı həyata keçirir. Könüllülük proqramın məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin təmin edilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır. Agentlik tərəfindən hazırlanan maraqlı proqram çərçivəsində könüllülər müxtəlif təlimlər vasitəsilə bilik və bacarıqlarını artıracaq və aksiyalarda iştirak edəcəklər. 2 aylıq proqramı müvəffəqiyyətlə başa vuran könüllülər praktiki biliklərə yiyələnərək sonda sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, könüllülərin cəlb edilməsi davamlı olaraq həyata keçiriləcəkdir. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR