Qadın bədəninin bir üzvü haqqında ŞOK FAKTLAR: kişi bu şəkildə oraya toxunarsa...

Qadın bədənində ən vacib nahiyə - onun qarnıdır. Qarın həyat rəmzidir! Lakin çox az adam bilir ki, qadın enerjisi məhz bu nahiyədə toplanır. Bir çoxları reklam və stereotiplərdən dolayı tez-tez öz sağlamlığını pozur.

Publika.az oxucuları qadın vücudunun bu hissəsinin əhəmiyyəti ilə tanış edir.

Qarın bir çox dildən tərcümədə həyat deməkdir və həqiqətən, hər birimiz üçün həyat anamızın qarnından başlayıb. Bir qadın üçün qarın sadəcə bədənin bir üzvü deyil, bu, həm də həyatın başlancığı sayılan xeyir və enerji mənbəyidir. Qadın enerjisi məhz qarında (bağırsaq altında, uşaqlıq və reproduktiv orqanların yerləşdiyi nahiyə) toplanır, onun əsas qüvvəsi orada yerləşir. Energetik baxımdan qadın damar kimi təşkil edilib, enerjinin təməli torpaqdan gəlir və qarında yığılır. Qarında toplanmış enerji isə bütün bədəni təchiz edərək onu qadın kimi daha güclü və hədsiz cazibədar edir.

Əgər enerji ehtiyatı qarında kifayət qədərdirsə və o, düzgün axırsa, onda qadın aşağıdakı xüsusiyyətlərə sahib olur:

- zərif, yumşaq, elastik;

- seksual, cazibədar;

- asan hamilə qalır və hamiləlik dövrü asan keçir;

- doğuş rahat keçir (travmalarsız və doğuşdan sonra qarında heç bir çat izi qalmır);

- öz gücünə arxayın və sakitdir;

- həyat doludur, ondan sanki ana torpaq tərəfindən verilən həyat enerjisi axır;

- o, insanlarla ünsiyyətdən və seksual yaxınlıqdan həzz alır;

- o, təbii hadisələr ilə təbiət arasında əlaqəni hiss edir və ondan gücü alır.

Amma belə qadınlar azdır, enerji mütəxəssisləri iddia edir ki, qadınların 80 faizinin bədənində müxtəlif dərəcəli qasıq bloku mövcuddur. Çünki qızlara uşaqlıqdan bəri qarını içəri çəkərək oturmaq öyrədilir. Bəs bu, hansı fəsadlara səbəb olur:

- enerjinin yuxarı mərkəzlərdə bloku;

- dərindən rahatlaşa bilməmək;

- təngnəfəslik və bütün bədən vasitəsilə nəfəs ala bilməmək;

- qadın xəstəlikləri;

- ağrılı mensturasiya

- şiddətli qorxu və narahatlıq hissi;

- heç nədən zövq ala bilməmək;

- öz təbiətini qəbul edə bilmək və tükənmə;

- sərtlik, sümük zəifliyi və elastikliyin olmaması;

- gərgin qarın = gərgin həyat;

- kişi keyfiyyətlərinin formalaşması və s.

Qarındakı blokların bir neçə səbəbi var.

Bunlardan ən əsası ana ilə əlaqədir. Başlanğıcda biz anaya qarında yerləşən göbək kordonu ilə bağlanırıq. Ananın hamiləlik zamanı keçirdiyi bütün duyğuları və dünyaya dair bütün məlumatları biz bu yolla qazanırıq. Əgər ana hamiləlikdə qorxu keçiribsə, ümumiyyətlə, özünü dünyaya uşaq gətirməyə hazır hiss etməyibsə, ehtimal ki, uşaq da həyatdan zövq ala bilməyəcək, özünü qəbul etməkdə çətinlik çəkəcək və sevinməyəcək. Çünki həyatındakı ən önəmli insan - anası onun varlığına sevinməyib. Bir çox qorxu, kompleks və bloklar uşağa məhz anadan ötürülür. Odur ki, bir çox qadın anadangəlmə gücünü itirir.

Eyni zamanda özünü bütünlüklə qəbul etmək xüsusiyyəti ilə həyat eşqini biz anadan ala bilərik. O, həyat, qarın isə zənginlik və xeyirxahlıq mənbəyi sayılır. Əgər ana hamiləlikdə xoşbəxt, şən və sevincli olubsa, övladının doğulmasını səbirsizliklə gözləyibsə, onu bütün neqativlərdən qoruyubsa, onda uşaq daha özünə inamlı doğulur, təbiətini asanlıqla qəbul edir və göz açdığı dünyaya rahatlıqla alışır.

Odur ki, öz üzərində işləmək üçün anadan başlayın. Ananı və qarnınızı (Həyatınızı və təbiətinizi) qəbul edin və özünüzü sevin! Sakit musiqinin sədaları altında gözlərinizi yumub özünüzü ananızın qarnında, göbək kordonu ilə ona bağlı olduğunuzu, bütöv, ayrılmaz tellərlə bir-birinizə bağlandığınzı və ürək səsini dinlədiyinizi təsəvvür edin. Bu, ruhunuzun ən xoş musiqisi olacaq... Həqiqətdə belə olmasa da, ananızın hamilə ikən xoşbəxt olduğunu və gəlişinizə ürəkdən sevindiyini təsəvvür edin. Bədəninizin və həyatınızın ən dərin əlaqəsi sayılan göbək kordonu üzərində meditasiya edin. Qəbul edin ki, siz birsiniz. Bir anda nəfəs alın, birlikdə mövcud olun. O, sizi sevir və qoruyur. Həyatınızı qidalandırır. Nəfəs alın və ayrılmaz əlaqəni hiss edin. Ağlamaq istəyə bilərsiniz, bu, yaxşıdır. Özünüzü saxlamayan ağlayın, qorxu bu yolla sizi tərk edir, yerində isə doğmalıq kimi ülvi hisslər doğulur. Bu meditasiyanı ananın övladı, onun bir hissəsi, qanı və canı olduğunu qəbul edənə qədər təkrarlamaq lazımdır. Bu yalnız əlaqələri möhkəmləndirməyəcək, sizə həm də sülh və rahatlıq gətirəcək.

Qasığın bloklanması həm də travmatik seksual təcrübə nəticəsində baş verir. Bu zaman qadın öz qabığına çəkilir və kişi ilə bir daha intim münasibətdə olmaq istəmir. Hətta bəzi nikahlarda belə qadınlar ərinin ehtiraslarına sadəcə məcburən dözür və seksual yaxınlığın nə vaxt bitəcəyini gözləyir. Belə əlaqəni ssenariyə köçürtmək olar. Bunun üçün başınıza gələn travmanı bütün sözləriniz tükənənə qədər kağıza yazın. Sonra onu yandırın. Və xəyalınızda daha xoş və daha rahat cinsi əlaqə canlandırın.

Həmçinin növbəti təcrübəni ərinizlə keçirin

Qadın çarpayıya uzanır, rahatlaşır və gözlərini bağlayır. Sonra əri saat əqrəbi istiqamətində onun qarnını hərdən bir yüngülcə basaraq məhəbbətlə sığallamağa başlayır. Xüsusilə qasığa daha yaxın olan qarın hissəsini sığallamaq lazımdır. Tantrik cinsi təcrübələrdə qadın cinsi yaxınlığa qarın masajı ilə hazırlanır. Nəfəs texnikaları və qarın masajından sonra intim yaxınlıq baş verir. Bu zaman qadın sadəcə İlahi zövq almır, həm də dərin orqazm yaşayır. Ekspertlər apardığı tədqiqatlar nəticəsində qənaətə gəlib ki, bu üsul həqiqətən işə yarayır.

Qeyd etmək lazımdır ki, həm müsbət, həm də mənfi emosiyaların böyük hissəsi qarın nahiyəsində toplanır, xoş duyğulara çatmaq üçün orada yığılmış bütün mənfi şeyləri atmaq lazımdır. Adətən ilk qarın masajı zamanı qorxular göz yaşları və əzələlərin sıxılması ilə ortaya çıxır. Qorxular bizi hər zaman gərginlik içində saxlayaraq rahatlaşmağa imkan vermir. Bu səbəbdən də qorxulardan siz ilk növbədə göz yaşları vasitəsilə azad olursunuz, növbəti mərhələdə isə mənəvi hüzur və xoşbəxtlik məqamı yetişir. Yeri gəlmişkən, qarın masajı ilə sıxılmış enerji azadlığa qovuşur və bu zaman ehtiraslana bilərsiniz. Bu, normaldır.

Qarın içərisində enerji sıxlığı meydana gəlməsinin bir sonrakı səbəbi güclü qorxu və şiddətli emosional vəziyyətlərdir: doğmaların ölümü, ailədə ziddiyyətli əlaqələr, həyatda ciddi xəyal qırıqlığı, uzun ömürlü qəzəb, depressiya, stress, həyat təhlükəsi. Bütün bunlar qarında toplanır. Onlardan məktub yazaraq və ya müxtəlif tənəffüs texnikaları ilə xilas olmaq mümkündür.

Doğuş

Bir qadın qarnını rahatlaşdırmağı və onu olduğu kimi qəbul etməyi öyrənməlidir. Doğuşdan sonra bir çox qadın qarın və ombalarda travma alır. Doğuş zamanı qarını və bütün daxili orqanları rahatlaşdırmaq vacibdir ki, uşaqlıq yolu mümkün qədər genişlənsin və o, oradan asanlıqla keçsin. Əgər qadın doğuşdan sadəcə əvvəl əzələləri möhkəmləndirməklə məşğul olubsa və dartınma hərəkətlərini yerinə yetirməyibsə, qadının travma almaq ehtimalı yüksəkdir.

Düzgün enerji axını

Qarın rahat olduqda, enerji sərbəst şəkildə bütün enerji mərkəzlərini qidalandıraraq yuxarı qalxır və qadının bütün bədənini təmin edir. Məhz bu səbəbdən bir çox xalqların milli adət-ənənələrində ətəyin qadın həyatında rolu xüsusidir. Məsələn, Azərbaycanda tuman, Rusiyada sarafan, Hindistanda - sari, Asiyada enli ətək, şalvar və tunika. Belə paltarlarda enerji bədənə asanlıqla daxil olaraq pəncənin hesabına daha da artır.

Dərin nəfəs

İndi qadınların çoxu dərindən deyil, ağciyərin səthində nəfəs alır və bu, vücudu oksigenlə tamamilə təmin etmir. Əgər qadının qarnı sakitdirsə, o, qarnı ilə bütün bədən boyu nəfəs ala bilər. Belə tənəffüs rahatlaşdırır, sakitləşdirir, fikirləri düzəldir, cavanlaşdırır, bədəndə enerjini hərəkətə keçirərək özü ilə hərəkətin rəvanlığı, məlahət və axıcılıq gətirir.

Seksuallıq və cəlbedicilik

Yumşaq qarın kişilər üçün çox seksualdır, bu səbəbdən də qadın yumşaqlıq, həssaslıq, elastiklik simvoludur. Güclü kişilər həm görünüş baxımdan, həm də daxilən mülayim və yumşaq xarakterli qadını xoşlayır. Axı zahiri görünüş həm də daxili aləmi əks etdirir.

Əgər əriniz qarnında paxlavaları olan qadınları bəyənirsə, deməli, o, kişi xarakterli qadınları xoşlayır. O, sizdən ailədə ya aparıcı rol və bərabər məsuliyyət tələb edir, yaxud da reklamın sosial təsirlərinə çox tez düşür. Buna reaksiya vermək lazım deyil, özünüzü olduğu kimi qəbul edin. Onda başqaları tərəfindən də qəbul ediləcəksiniz.

Yumşaq göbəyi köklüklə səhv salmayın, hətta ən arıq qız da rahat yumşaq qarına sahib ola bilər. Bu, çox qadını gözəl, zərif və seksual göstərir. Yeri gəlmişkən, ərəb rəqsləri qarını elastik və cəlbedici etmək üçün idealdır. Ümumiyyətlə, oriental rəqslər özünü cazibədar, feminen hiss etməyə kömək edən məşğuliyyətdir. Onlar qasıqda enerji blokları və sıxılmasının aradan qaldırılmasına kömək edir. Qeyd edək ki, bu qarın rəqsidir, bir əzələ oyunu deyil.

Nə etmək olmaz?

- Qarını lənətləyərək vurmaq. Bu, aşağı mərkəzlərdəki enerjini blok edərək yuxarı çakraları enerjidən məhrum edir;

- Qasıq nahiyəsini göstərən paltar geymək qəbuledilməzdir. Dediyimiz kimi qadın enerjisi bu nahiyədə toplanır və bir qadın bunu hər kəsə göstərsə, o zaman tez tükənir.

- Bədəni sıxan və arıq göstərən dar paltarlar geymək də doğru deyil, bu, bədəndə gərginlik yaradır və enerji bədəndə kişi tipinə uyğun hərəkət edərək qadın kişi xüsusiyyətlərini formalaşdırır.

Yadda saxlayın ki, qarın həyatın simvoludur, həyatınız isə ona münasibətdən və onu necə hiss etməyinizdən asılıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR