Ordu günü ilə bağlı hərbi orkestrlərin çıxışları təşkil olundu - Foto

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan və dünya bəstəkarlarının müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.

Hərbi orkestrlərin ifası yerli sakinlər və paytaxtın qonaqları tərəfindən maraqla qarşılanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR