Fuad Abbasov bu dəqiqələrdə Bakıya enib - Son dəqiqə

Xəbər verdiyimiz kimi, jurnalist Fuad Abbasov azadlığa çıxarılıb və Rusiyanı tərk edərək, Moskva saatı ilə 19:40-da uçan AZAL hava yollarının təyyarəsi ilə Bakiya yola salınıb. Onun təyyarəsinin 22.10-da paytaxta enəcəyi gözlənilirdi.

Hazırda ailəsi onu qarşılamaq üçün aeroporta gedir. F.Abbasov təyyarəyə minən kimi onun Bakıya göndərilməsi barədə xəbəri ailəsi facebook üzərindən yayıb. Hər hansı məhkəmə proseduru gözlənilmirdi.

Jurnalistin Bakıya enəcəyi vaxtla bağlı cəmiyyətdə çaşqınlıq yaradılıb. Məqsəd jurnalisti qarşılayan insanların sayının çox olmasının qarşısını almaq olub. Hətta musavat.com reportyorları da hadisə yerinə getdikləri halda saatla bağlı yanlış informasiya yayıldığı üçün geri qayıdıblar.

Ailəsi eyni zamanda bildirib ki, dünən, 24.06.2019 tarixində axşam iş saatının sonunda Moskva şəhər daxili işlər nazirliyi idarəsinin istintaqçı əməkdaşları F.Abbasov saxlanılan yerə gələrək jurnalistin sorğusunu keçiriblər. Sorğu jurnalist fəaliyyəti ilə əlaqədar çəkilmiş bir video material ilə bağlı istintaq çərçivəsində aparılıb.

Musavat.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR