628656 hektar ərazidə taxıl biçini aparılıb

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, iyunun 25-nə olan operativ məlumata görə, ölkə ərazisində 628656,95 hektar ərazidə taxıl biçini aparılıb, 303286,6 hektar ərazidə arpa, 325370,35 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2003496,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,8 sentner təşkil edir.Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, Neftçala, İmişli və Masallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Füzuli, Cəlilabad, Qax, Biləsuvar və Göyçay rayonlarında arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13449 hektar sahənin 13339 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6797 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş, Ağcabədi rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR