Azərbaycanlı gənclər Tacikstandakı səfirimizlə görüşüb

Tacikstanın paytaxtı Düşənbə şəhərində keçirilən MDB gənclər forumunda iştirak etmək üçün Yeni Azərbaycan partiyası Gəncə şəhər təşkilatının gəncləri və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Tacikstanda səfərdədir.  "OLAYLAR" xəbər verir ki, Düşənbədə səfərdə olan Azərbaycan təmsilçiləri əvvəlcə ölkəmizin Tacikstandakı səfirliyində olublar. Gənclər ulu öndər Heydər Əliyevin səfirliyimizdə yerləşən abidəsini ziyarət etdikdən sonra, fövqaladə və səlahiyətli səfir Həsən Məmmədzadə ilə görüşüblər.

Qonaqları salamlayan səfir gənclərə Azərbaycan və Tacikistan əlaqələri haqqında geniş məlumat verib. Həsən Məmmədzadə bildirib ki, Azərbaycan və Tacikstan arasında uzun illər dostluq, qardaşlıq münasibəti olub və bu gündə hər iki ölkənin liderlərinin rəhbərliyi ilə bu əməkdaşlıq inkişaf edir.

ADİM sədri Toğrul Allahverdili çıxışı zamanı səfirə xoş və səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan Diasporu İnformasiya Mərkəzi adından təşəkkür plaketi təqdim edib.

Qeyd edək ki, görüşdə YAP Gəncə şəhər nümayəndəliyinin gəncləri Şahverdiyev Əli və Şükürlü Nazim iştirak ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR