Muzey Mərkəzində “Xalq teatrları peşəkar səhnənin beşiyidir” adlı konfrans keçirilib

İyunun 25-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mütəmadi olaraq respublika mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların nəzdində fəaliyyət göstərən xalq teatrlarının festivalı keçirilib.

Olaylar.az bildirir ki, Muzey Mərkəzində keçirilmiş III Respublika Xalq Teatrlarının festivalı çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Azərbaycan teatr ənənələrinin qorunması və inkişafına dəstək göstərilməsi, teatr sahəsində müasir beynəlxalq tendensiyaların öyrənilməsi və tətbiqi, peşəkar teatr üçün baza rolunu oynayan xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin stimullaşdırılması, gənc nəslin bu sahəyə marağının artırılması məqsədilə "Xalq teatrları peşəkar səhnənin beşiyidir" adlı konfrans təşkil olunub. "Xalq teatrlarına dövlət qayğısı" və "Xalq teatrlarının perspektivi" adlı panellərdən ibarət olan konfransının məqsədi regionlarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi, sahə üzrə mövcud problemlərin həlli yollarının müzakirəsi, eksperimentlər yolu ilə yeni formatların axtarılıb tapılmasıdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Rafiq Bayramovun iştirakı ilə keçirilmiş konfransda Xaçmaz Regional Mədəniyyət İdarələrinin rəisi Nazim Ağayev, Şəki, Sabirabad, Bərdə Regional Mədəniyyət İdarələrinin rəisləri, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, teatr və kino aktyoru, Xalq artisti, Fərdi Prezident təqaüdçüsü, III dərəcəli əmək ordenli Tariyel Qasımov, AMEA-nın Folklor İnstitutu, Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq elmləri doktoru, Bakı Musiqi Akademiyasının professoru Nailə Rəhimbəyli çıxış ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR