“Azərişıq” “ASAN xidmət”lə iş idarəsini ləğv etdi

"Azərişıq" ASC-nin Perspektiv İnkişaf və "ASAN xidmət"lə İş İdarəsi ləğv edilib.

Olaylar.az xəbər verir ki, onun əvəzinə "Asan Xidmət"lə iş və Elektron İdarəetmə Departamenti yaradılıb.

Yeni departamentə ləğv edilmiş idarənin rəisi Elsevər Rüstəmli rəhbərlik edəcək.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, yeni departament idarə ilə müqayisədə daha geniş səlahiyyətlərə malik olacaq, fərdi abunəçilərlə yanaşı kiçik və orta biznes subyetləri ilə işləyəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR