Vəkillər Kollegiyasının rəhbərliyi beynəlxalq konfransda iştirak etmişdir

İyun ayının 21-də Rusiyanın Kalininqrad şəhərində "Baltikyanı əməkdaşlıq təşəbbüsü" çərçivəsində vəkillik fəaliyyətinin VII Beynəlxalq Praktiki Konfransı keçirilmişdir.

"Olaylar" xəbər verir ki, "Vəkillik peşəsinin müasir çağırışları və onların həlli yolları" mövzusuna həsr olunmuş konfransda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını Kollegiyanın sədri Anar Bağırov, sədr müavini Aydın Axundov, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov, Xırdalan şəhər Vəkil Bürosunun rəhbəri Ayxan Rüstəmzadə təmsil etmişdir.

Konfransda Rusiya Vəkillərinin Federal Palatasının prezidenti Y.Pilipenko açılış nitqi ilə çıxış edərək qonaqları salamlamış, daha sonra Rusiyanın müxtəlif regionlarının vəkillər palatalarının, o cümlədən bir çox ölkələrin vəkillər kollegiyalarının sədrlərinin mövzu ilə bağlı çıxışları dinlənilmiş, tədbir iştirakçılarını maraqlandıran məsələlərlə bağlı müzakirələr və fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər, ölkədə vəkillərin sayının artırılması üçün görülən işlər, o cümlədən, Vəkillər Kollegiyasının maliyyə müstəqilliyi ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat vermiş, onları maraqlandıran suallara cavab vermişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR