50-yə yaxın qanun layihəsi müzakirəyə çıxarılacaq

Milli Məclisin (MM) növbədənkənar sessiyası çərçivəsində parlamentin bu həftə daha iki plenar iclasının keçirilməsi nəzərdə tutulur."Olaylar"  xəbər verir ki, bu həftə cəmi bir iclasın, iyunun 28-də növbəti plenar iclasın keçirilməsi nəzərdə tutulsa da, son anda dəyişiklik edilib.Bu həftə daha bir iclasın, iyunun 27-də növbəti plenar iclasın keçirilməsi də qərarlaşdırılıb. Səbəb qanun layihələrinin çoxluğu, xüsusilə, ölkə prezidenti tərəfindən gələn sənədlərin davamlı olmasıdır. Beləliklə, iyun ayında keçiriləcək son iki iclasın gündəliyinə təxminən 50-yə yaxın məsələnin daxil edilməsi gözlənilir. Bunlar arasında 2019-cu ilin dövlət büdcəsinə, "Əmək pensiyaları haqqında", Vergi Məcəlləsinə, "Məhkəmələr və hakimlər haqqında" qanunlara və digər qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan qanun layihələri var. Qeyd edək ki, əmək pensiyalarının mövcud dəyişikliklərin qəbulundan sonra 160 manatdan 200 manata qaldırılması və onun 1 oktyabrdan qüvvəyə minməsi nəzərdə tutulur. Eyni zamanda, maaşların və minimum əməkhaqqının artırılması ilə bağlı 2019-cu ilin dövlət büdcəsinin xərclər və gəlirlər hissəsinin artırılması, o cümlədən, müdafiə xərclərinin ən azı 5 faiz qaldırılması planlaşdırılır. Bununla yanaşı, iki iclasdan birində "Aqrar sığorta haqqında" yeni qanun layihəsinin üçüncü və sonuncu oxunuşda müzakirəsi və qəbulu nəzərdə tutulur. İyul ayında isə MM-in növbədənkənar sessiyasının yenə ən azı iki plenar iclasının keçirilməsi nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR