Hindistanlı aktyor Bakıda: “Oksananı görəndə dedik ki, bu, haradan gəldi?” - VİDEO, FOTOLAR

Rəqqasə-aktrisa Oksana Rəsulovanın Hindistanda qatıldığı və qalib olduğu "Indiachr("39")s Best Cine Star Ki Khoj" realiti-şousunda tərəf müqabili olmuş Saurabh Bhardwaj Bakının qonağı olub.

Rəsulova ilə birlikdə musavat.com saytının suallarına cavab verən hindistanlı aktyor Bakını çox sevdiyini açıqlayıb: 
"Bakını çox sevdim. Məni gözəl qarşıladılar. Bakını gəzəcəyəm. Gələcəkdə burada yeni işlər görə bilərəm. Fikirlərim çoxdur. Bu dəfə bacımla gəzmək üçün gəlmişəm".

Oksana isə hindistanlı aktyorla tanışlığından bəhs edib: 
"Hindistanlı aktyor olsa da, Kanadada yaşayır. Biz müsabiqədə birlikdə yarışırdıq.  İlk dəfə Azərbaycana gəlib. Gəliş səbəbi isə məni görməkdir. Biz ailəvi dostuq. Bəlkə də kimlərsə bizim birlikdəliyimizi başqa mənalara yozacaq. Amma elə deyil. Mənim ailəm Saurabhı gözəl tanıyır. Çox şadam ki, mənim də hindistanlı dostlarım Azərbaycana gəlib".

Saurabh Oksananı ilk dəfə Hindistanda görəndə təəccübləndiyini də əlavə edib:

"İlk dəfə Oksananı görəndə düşündük ki, çox istedadlıdır. Çünki jürinin qarşısında möhtəşəm çıxış etdi, biz izləyən zaman çox təəccübləndik. Dedik ki, bu haradan gəldi? Sonra onun gözəl ürəyi olduğunu gördük.

Onu da deyim ki, Azərbaycanlı aktrisalardan ən gözəli Oksanadır". 


Musavat.com
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR