Azercell-dən #Hədiyyə

Azercell-in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə imkanı!

"Olaylara"a verilən məlumata görə, müasir texnologiyalar və effektiv həllər vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən Azercell fəaliyyətində yeni bir dövrə qədəm qoyub. Belə ki, 21 iyun tarixində şirkət yeni brend kimliyini ictimaiyyətə açıqlayıb. Yeni rəqəmsallaşma strategiyası çərçivəsində Azercell,  məhsullar portfelini daha da zənginləşdirərək, abunəçilərə "Zvuk", "Bookmate", "TelekomTv", "BuludCinema" və "IVI" xidmətləri üzrə ödənişsiz premium istifadə imkanı təqdim edir.

"Zvuk" xidməti ilə smartfonunuzda istənilən musiqi parçasını dinləmək və öz play list-inizə əlavə etmək çox asandır. 21 iyun - 30 iyul tarixləri ərzində 7707 qısa nömrəsinə Bonus sözünü göndərməklə, abunəçilər "Zvuk" xidmətindən 30 gün müddətində ödənişsiz istifadə edə bilərlər.

850 000-dən çox kitabla "Bookmate" xidməti sizin sevimli virtual kitabxananıza çevriləcək. Xidmətdən 30 gün ərzində ödənişsiz istifadə imkanından faydalanmaq üçün 21 iyun- 30 iyul tarixləri ərzində 7171 nömrəsinə Bonus sözünü göndərmək lazımdır.

Azercell dünya və yerli kanalları mobil telefonunuza daşıyan "TelekomTV" xidmətindən də ödənişsiz premium istifadə fürsəti təqdim edir. Yararlanmaq üçün 21 iyun -30 iyul tarixləri aralığında 4040 nömrəsinə Bonus sözünü göndərmək kifayətdir.

HD formatda təqdim olunan filmləri asanlıqla izləyə biləcəyiniz "BuludCinema" xidmətindən 30 günlük ödənişsiz premium istifadə imkanını əldə etmək üçün 21 iyun-30 iyul tarixləri ərzində 4044 qısa nömrəsinə Bonus açar sözü göndərilməlidir.

Azercell məkanından asılı olmayaraq, ən sevilən film və serialları izləyə biləcəyiniz "IVI" xidməti çərçivəsində 10 günlük ödənişsiz premium istifadə imkanı hədiyyə edir. 21 iyun - 30 iyun tarixləri ərzində 3333 nömrəsinə Bonus sözünü göndərməklə, bu fürsətdən yararlanmaq mümkündür.

Qeyd edilən xidmətlərə ödənişsiz premium istifadə imkanı yalnız ilk qoşulma zamanı təqdim olunur. Ödənişsiz istifadə üçün ayrılan müddət başa çatdıqda, xidmətə abunəlik dayandırılır və əlavə haqq tutulmur.

"Zvuk", "Bookmate", "BuludCinema" və "IVI" xidmətinin tətbiqləri IOS və Android əməliyyat sistemlərini, "TelekomTv" tətbiqi isə yalnız Android əməliyyat sistemini dəstəkləyir. Tətbiqləri müvafiq olaraq, Applestore və ya Google Play vasitəsilə yükləmək mümkündür.

Azercell-in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə fürsətini qaçırmayın!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz     

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR