“Güclü dövlətin güclü ordusu olmalıdır” adlı sərgi-müsabiqənin finalı keçirilib

İyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş "Güclü dövlətin güclü ordusu olmalıdır" adlı respublika uşaq incəsənət məktəblərinin şagirdləri arasında plakat üslublu əsərlərdən ibarət sərgi-müsabiqənin final mərhələsi keçirildi.

Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriliş final mərhələsi H.Aslanov adına Mərkəzi Zabitlər Evində baş tutdu. Finalda 5 şəhər və 10 rayondan 9 Regional Mədəniyyət İdarəsindən 167 şagird 258 əsərlə təmsil olunurdu.

Sərginin final tədbirində Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi, Şəxsi Heyət Baş İdarəsinin rəis müavini, general-mayor Rasim Əliyev, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmir, Xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva, elmi katib Cavid Əliyev çıxış etdilər.

Daha sonra tədbir bədii hissə ilə davam etdirildi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR