Onlar təltif olundu

Azərbaycan Respublikasının Prezidenti "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalamışdır. Olaylar.az bildirtir ki, sərəncama əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu orden və medallara layiq görülüb.

Təltif edilənlərin siyahısında Mədəniyyət Nazirliyinin sistemində çalışan bəzi dövlət qulluqçularının adları da yer alıb. Belə ki, Nazirliyin Elm və tədqiqatlar sektorunun müdiri Baxışov Vüqar Məmməd oğlu, Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin Əmlakın idarə edilməsi sektorunun baş məsləhətçisi Hüseynov Mədalət Ağadəmir oğlu, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Hüseynov Elçin Sabir oğlu və Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəsi müavini Məhərrəmov Elxan İmran oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR