“İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” konfransının açılış mərasimi keçirilib

Azərbaycan Dillər Universitetində "İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında" III konfransının açılış mərasimi keçirilib.Olaylar.az bildirir ki, konfrans Tanq Araşdırma Fondunun dəstəyi, İndiana Universitetinin Mərkəzi Avrasiya Araşdırmalar Departamenti və Pekinq Universitetinin Tarix Departamentinin birgə təşkilatçılığı ilə baş tutub.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqları salamlayıb və universitetin səmimi dostluq münasibətlərinə əsaslanan görüşlərə ev sahibliyi etməsindən məmnun olduğunu deyib.

İndiana Universitetinin Mərkəzi Avrasiya Araşdırmalar Departamentinin rəhbəri Cəmşid Çoksi konfransın məqsədi haqqında məlumat verib.

Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Bölmə iclaslarında Pekinq Universitetinin professorları Li Bozhoinq "Rixtofenə dönüş: İpək yoluna yenidən nəzər salınması", Fan Jinqjinq "Hindistandan Çinə doğru Avadana: Ədəbi janrın transformasiyası" və Luo Xin "Şimali Vei nəslinin Cənnət üçün ibadət mərasimlərində Taxta qütbləri", İndiana Universitetinin professorları Kamal Silay "Çinin Müasir İpək Yolu və Türkiyə Respublikası üçün mədəni və siyasi təzahürləri", Qardner Bovinqdon "Almatı Bakının gözü ilə: Orta Asiya şəhərlərini müqayisəli qavrama" və Aybike Tezel "Köçəri dünyada oturaq yaşam elitası: Erkən orta əsrlər Mərkəzi Avrasiyasında köçəri-oturaq anlayışlarının qarşılıqlı təsiri", Renmin Universitetinin professor Li Xiao "Şərq və Qərb mədəniyyətləri mübadiləsi: Arxeoloji kəşflərdən baxış", ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova "Kimlik repertuarı kontekstində dil davranış və münasibətləri: Azərbaycan faktı" mövzularında çıxış ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR