ASK əməkdaşlıq memorandumu imzalayıb

İyunun 21-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən "ASK Business Consulting" (ABK) şirkəti ilə Səudiyyə Ərəbistanının "Global Projects Development Holding Co" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. "OLAYLAR"-a ASK-dən bildirilib ki, memorandum "Global Projects Development Holding Co " və ABK arasında ortaq inkişaf hədəflərinin həyata keçirilməsinə yönəldilmiş, beynəlxalq və Azərbaycan şirkətləri arasında əməkdaşlıq, inteqrasiya imkanlarını stimullaşdırmaq məqsədi daşıyır.

Bu məqsədlə, "Global Projects Development Holding Co" ABK-nı məsləhətçi kimi tanıyır.

Memorandumda Azərbaycan şirkətlərinin xarici maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində dəstəyin göstərilməsi, yerli sahibkarlar və şirkətlər tərəfindən təklif olunan investisiya layihələr (biznes-planlar) məlumat bazasının yaradılması və ilkin təhlili, investisiya layihələrin baxılması, seçilməsi prosesində birbaşa iştirak və s. nəzərdə tutulur.

Sənədi "Global Projects Development Holding Co" şirkətinin direktoru Badear Bhaişan Al-Mutairi və "ASK Business Consulting" şirkətinin direktoru Fərqanə Həsənova imzalayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR