Yaqub Mahmudov: “Nadir şahı qırğınlar törətməkdə suçlayanlar yanılırlar”

İyunun 20-də "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Olaylar.az bildirir ki, konfransda çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Nadir şah tarixdə üç imperiyanı - çar Rusiyası, Osmanlı və Böyük Moğol imperiyalarını məğlub edən, əfqan müdaxiləçilərini ölkədən qovub çıxaran və çökmüş Səfəvi imperiyasının ərazisini daha da genişləndirərək Əfşarlar imperiyasını yaradan böyük hökmdardır: "Nadir şahı amansızlıqda, qırğınlar törətməkdə suçlayanlar yanılırlar. Bu həqiqət deyil! Onun kütləvi qırğınlar törətməsi barədə ilk mənbələrdə heç bir məlumata rast gəlinmir. O, fərariləri, satqınları, qiyamçıları, mərkəzi hakimiyyətə qarşı çıxanları cəzalandırırdı. Bunsuz böyük bir imperiyanı əldə saxlamaq mümkün idimi?!" Yaqub Mahmudov qeyd edib ki, akademik Ramiz Mehdiyevin əsərləri, o cümlədən Səfəvilər, Nadir şah haqqında tədqiqatları Azərbaycan tarix elmində ən mühüm nailiyyətlərdən biridir. Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab prezident İlham Əliyevin Azərbaycan tarixinə olan qayğısını xüsusi qeyd edən Yaqub Mahmudov bildirdi ki, məhz onların sayəsində Azərbaycan müstəqillik əldə edəndən sonra dünyanın nəhəng kitabxanalarında, arxivlərində Azərbaycanla bağlı araşdırılmayan nadir sənədlər araşdırılaraq, mənfur düşmənlərimizə tarixi faktlarla cavab vermə imkanımız yaradılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR