Maliyyə Naziri: Onların da əmək haqlarının artırılması gözlənir

"İcbari Tibbi Sığorta sisteminin tətbiqindən sonra onların da əmək haqlarının artırılması gözlənir".

Bunu AzTV-də yayımlanan "Günün Nəbzi" proqramında çıxış edən Azərbaycan Maliyyə naziri Samir Şərifv deyib.

S.Şərifov əhalinin gəirlərinin inflyasiya risklərini artıracağı ilə bağlı yayılan məlumatları da şərh edib:

"Şübhəsiz ki, dövlət başçısı tərəfindən bu cür qərarlar qəbul edilərkən bu cür məsələlərə də diqqət yetirilir. Sosial tədbirlərin həyata keçirilməsi mərhələərə bölünüb. Birinci mərhələ, mart ayında qərarlar qəbul edilib artıq icra olunmaqdadır. Biz inflyasiya baxımından hər-hansı əhəmiyyəti təzyiq müşahidə etmirik. Amma bu izlənilir. İkinci artım isə artıq payız aylarına təsadüf edəcək. İndi qəbul edilmiş qərarın icrasına vaxt lazımdır. Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük. Bu gün inflyasiya kifayət qədər aşağı səviyyədədir. Bildiyimiz kimi, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, inflyasiya 2,5%-dən aşağıdır. Hesab edirəm ki, müsbət faktordur və biz də onun artıq bəzi əlamətlərini görürük. Təkcə mən onu qeyd etmək istərdim ki, iki həftə bundan əvvəl Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazlarına tələbat bıyan ediləndən 5 dəfə artıq olub. Nəticədə iki illik istiqrazlar 7%-də qrarlaşıb. Nəhayət dünən yerləşdirilən istiqrazlar 6,2%-ə endirilib. Bu kifayət qədər müsbət hallardır"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR