Nazir müəllimlərin əməkhaqqının artırılmasından danışdı

"Təhsil sahəsində qazanılan uğurların arxasında Prezident İlham Əliyev tərəfindən yürüdülən düzgün təhsil siyasəti, qəbul edilən fərman və sərəncamların arxasında isə müəllim amili dayanır".

"Olaylar" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışı zamanı bildirib.

Nazir daha sonra deyib: "Fürsətdən istifadə edərək diaqnostik qiymətləndirmədən keçmiş müəlimlərinin əməkhaqlarının dünən növbəti dəfə artırılmasına görə dövlət başçısına təşəkkür edirəm. Dünən dövlət başçısı tərəfindən eyni zamanda peşə təhsili sahəsində çalışan şəxslərin də əməkhaqlarının artırılmasına dair sərəncam imzalanıb. Bunu da xüsusi vurğulamaq lazımdır. Mən təhsil sahəsinə xüsusi həssaslıq və diqqətlə yanaşdığına, təhsil sahəsində islahatları hər zaman dəstəklədiyinə görə də cənab prezidentə təşəkkürümü bildirmək istəyirəm".

Nazirin bu sözlərin tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.

"İki sərəncam 160 min təhsil işçisinə şamil ediləcək – Nazir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR