Tələbələr beynəlxalq gənclər konfransında uğur əldə ediblər

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində "Beynəlxalq Biznes və Gömrük Mühafizəsi" mövzusunda keçirilən VI i-Customs Gömrük Beynəlxalq Gənclər Konfransında Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ölkəmizi layiqincə təmsil ediblər. "Olaylar" xəbər verir ki, konfransa Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin əməkdaşları- Əli Əliyev, Oksana Romanova və Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Elvin Qazaxov, Xəyalə Mirzəyeva, Eldar Əliyev, Həsən Həsənzadə, Fidan Camalzadə və İsa Allahverdiyev qatılıb.Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Özbəkistan və Polşa Respublikalarının tələbələri ümumilikdə 29 təqdimatla çıxış ediblər. Onlardan 6-sı münsiflər heyətinin ekspert komissiyası tərəfindən yüksək balla qiymətləndirilərək sertifikatlarla mükafatlandırılıb. Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Xəyalə Mirzəyeva və İsa Allahverdiyevin "Ümümdünya Ticarət Təşkilatına üzvlük prosesinə Azərbaycan Respublikası gömrük sisteminin uyğunlaşması" mövzusuna həsr etdikləri təqdimat 3-cü yerə layiq görülüb. Ən yaxşı təqdimatların cari ilin oktyabr ayında Ümumdünya Gömrük Təşkilatı tərəfindən təşkil ediləcək 14-cü PİCARD konfrasında nümayiş etdirilməsi nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR